Acun Ilıcalı özündən 28 yaş kiçik Türkiyə gözəli ilə sevgilidir – Eks həyat yoldaşına bənzəyir – FOTO

Acun Ilıcalı özündən 28 yaş kiçik Türkiyə gözəli ilə sevgilidir – Eks həyat yoldaşına bənzəyir – FOTO
10:23 11 Yanvar 2019
150 Şou
Ölkə mətbuatı
A- A+

TV 8 kanalının rəhbəri, tanınmış aparıcı Acun Ilıcalının Türkiyə gözəli Itır Esenle görüşdüyü iddia edilir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acunun yaxın günlərdə Itır Esenle romantik şam yeməyinə çıxdığı, daha sonra birlikdə teatra yollandığı irəli sürülüb. İddia edilir ki, Şeyma Subaşıdan 2018-ci ilin noyabrında boşanan Acun Ilıcalı ilə model hazırda Dubayda istirahət edir.

Qeyd etmək lazımdır ki, 48 yaşlı Acunun yeni sevgilisi eks-arvadına hədsiz bənzərliyi ilə diqqət çəkib.

1999-cu ildə dünyaya gələn Itır Esen “Yeşilçam” aktyorlarından Itır Esenin qohumu və Hayri Esenin nəvəsidir. İstanbul Universitetində İngilis dili fakültəsində təhsil alan Esen modelliklə məşğul olur. O, 2017-ci ildə Türkiyə gözəli seçilib. Lakin türk şəhidləri haqqında sosial şəbəkədə yazdığı təhqiramiz statusdan sonra gözəllik tacı onun əlindən alınıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/265833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR