Ərini itirən əməkdar artistdən ÜRƏK DAĞLAYAN SÖZLƏR: "Heç olmasa..." - VİDEO

Ərini itirən əməkdar artistdən ÜRƏK DAĞLAYAN SÖZLƏR: "Heç olmasa..." - VİDEO
11:38 11 Yanvar 2019
148 Şou
Ölkə mətbuatı
A- A+

"Ay başımın tacı Zahid, axı mənə təsəllini sən verirdin. Niyə belə sürpriz etdin? Bəlkə də məni qınayanlar olacaq. Vallah özümdən asılı deyil. Ay Allah, sənə qurban olum, bu nə ağır yol imiş, dözə bilmirəm. Bu gediş nə dəhşət oldu?”

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülbahar Şükürlü keçən ay vəfat edən həyat yoldaşı haqqında yazıb. Sənətçi əri ilə şəkillərini paylaşaraq bu həsrətə dözmədiyini və onun üçün çox darıxdığını yazıb:

“Zahid, doğrudan heç vaxt gəlməyəcəksən? Sən mənə heç vaxt vəfasızlıq etməzsən axı. Əgər sən gəlməsən, özüm yanına gələcəm. Hamı deyir ki, sən çox güclüsən, dözümlü ol. Bacarmıram, sən yanımda olanda güclü idim... Gözüm səni axtarır, səsin qulaqlarımdan getmir. Hamı sənə görə mənə baş sağlığı verəndə havalanıram, çaşıb qalıram, söz tapmıram. Mənim necə vəfalı olduğumu görəcəksən. Canımın içi, çox yandırdın bizi. Zahid, heç olmasa, yuxularıma gəl, yalvarıram. Sən uzaqlaşsan da, bil ki, mən sənə yaxınlaşıram”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/265846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR