UEFA Mülleri cəzalandırdı - "Liverpul"la oyunları buraxacaq

UEFA Mülleri cəzalandırdı -  "Liverpul"la oyunları buraxacaq
15:42 11 Yanvar 2019
47 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Ayaks"la səfər qarşılaşmasında (3:3) qırmızı vərəqə alan "Bavariya"nın futbolçusu Tomas Müllerin cəzası açıqlanıb.Milli.Az xəbər verir ki, UEFA alman futbolçuya iki oyunluq cəza verib. Bu səbəbdən də Müller 1/8 final mərhələsində komandasının "Liverpul"a qarşı keçirəcəyi oyunları buraxmalı olacaq.Qeyd edək ki, "Bavariya" "Liverpul"la ilk oyunu fevralın 19-u səfərdə keçirəcək. Cütün cavab görüşü martın 13-də reallaşacaq. Hər iki oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/720335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR