"Liverpul"un müdafiəçisi millimizə qarşı oynamayacaq - Cəzaya görə

"Liverpul"un müdafiəçisi millimizə qarşı oynamayacaq - Cəzaya görə
16:17 11 Yanvar 2019
53 İdman
Ölkə mətbuatı
A- A+

Xorvatiya yığmasının futbolçusu Deyan Lovren AVRO-2020-nin seçmə mərhələsinin I turunda Azərbaycan millisi ilə ev oyununda iştirak edə bilməyəcək.Milli.Az report-a istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı mərkəz müdafiəçisinin Avropa futbol qurumunun İntizam Komitəsi tərəfindən cəzalandırılmasıdır. İngiltərə "Liverpul"nun legioneri Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda evdə İspaniyanı 3:2 hesabı ilə məğlub etdikləri görüşün ardından sosial şəbəkədə rəqib oyunçuları təhqir edib. Bu səbəbdən, Lovren 1 matçlıq diskvalifikasiya edilib.Xorvatiya Futbol İttifaqı isə İspaniya ilə qarşılaşmada azarkeşlərin meydana kənar əşyalar atması və tribunalar arasındakı pilləkənlərin tutulmasına görə 13 min avro cərimələnib.Qeyd edək ki, Xorvatiya - Azərbaycan matçı martın 21-də keçiriləcək.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/720349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR