Rusiya neft hasilatını azaldıb

Rusiya neft hasilatını azaldıb
17:02 11 Yanvar 2019
43 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Yanvar ayının on günü ərzində Rusiyada neft və qaz kondensatının gündəlik hasilatı 11,38 milyon barelədək azalıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, indiki hasilat həcmi ötən ilin oktyabr ayı ilə müqayisədə 30 min barel azdır.
Xatırladaq ki, 2018-ci ildə Rusiya neft hasilatını azaltmaq barədə OPEC-lə sazişinə xitam verməyə hazırlaşırdı. İlin sonundakı qiymətlərin düşməsi Rusiya və Səudiyyə Ərəbistanını hasilatın azaldılmasına dair yeni saziş imzalamağa vadar etmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/rusiya-neft-hasilatini-azaldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR