Qanunsuz dini təbliğatla məşğul olanlar ölkədən deportasiya edildi

Yanvarın 10-da Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə tədbir nəticəsində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən yaşayış evində bir qrup əcnəbi vətəndaşın da iştirak etdiyi qeyri-qanuni dini fəaliyyət aşkarlanıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Metbuat.az-a verilən xəbərə görə, qeydolunan ünvanda humanitar yardım adı altında missionerlik fəaliyyəti, o cümlədən qeyri-qanuni dini təbliğatla məşğul olan əcnəbi vətəndaşlar barəsində müəyyən edilmiş tələblərə uyğun olaraq inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən həmin əcnəbi vətəndaşlar cərimə olunub və ölkəmizdən deportasiya ediliblər.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR