Azərbaycanda dəhşətli hadisənin qurbanı olan 22 yaşlı Nüsrətin FOTOLARI

Azərbaycanda dəhşətli hadisənin qurbanı olan 22 yaşlı Nüsrətin FOTOLARI
17:22 11 Yanvar 2019
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən axşam saatlarında Şəmkir rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.Milli.Az xəbər verir ki, rayonun Yeniabad kəndi ərazisində aşan "Mercedes E-Class" markalı minik avtomobilində ölən sürücü, 1997-ci il təvəllüdlü Nüsrət Rzazadə və 1996-cı ildə anadan olmuş Raul İsazadə Keçili kəndinin sakinləri olublar.Belə ki, onlar Dağ Cəyir kəndindəki yas mərasimindən geri - Keçili kəndinə qayıdarkən Yeniabad ərazisində qəzaya düşüblər. Yüksək sürətlə hərəkət edən avtomobil idarəetmədən çıxıb və yolun kənarındakı ağaca dəyərək aşıb. Hər iki gənc faciəvi şəkildə vəfat edib.Bildirilir ki, avtomobil qəzaya düşməzdən əvvəl yol kənarındakı "Ocaq" restoranının kamerasına düşüb və yüksək sürətlə idarə edilirmiş.Qəzada vəfat edən gənclər subay olub, onlar bu gün kənd qəbiristanlığında dəfn ediləcəklər.Dəhşətli hadisədə vəfat edən sürücü, 22 yaşlı Nüsrət Rzazadənin bəzi fotolarını təqdim edirik.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (publika.az)Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/720400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR