"Donuz qripi”nə qarşı dərman vətəndaşlara pulsuz veriləcək

"Donuz qripi”nə qarşı dərman vətəndaşlara pulsuz veriləcək
17:47 11 Yanvar 2019
67 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda A (H1N1) virusuna ("donuz qripi") qarşı "Tamiflu" dərman preparatı əhaliyə pulsuz veriləcək.Milli.Az report-a istinadən xəbər verir ki, bu təşəbbüslə Gürcüstanın Baş naziri Mamuka Baxtadze çıxış edib.Təşəbbüsə əsasən, dərman vasitəsi yanvarın 12-dən etibarən yalnız risk qrupuna daxil olan vətəndaşlara deyil, bütün vətəndaşlara ödənişsiz təqdim olunacaq.Gürcüstanın ictimai sağlamlıq mərkəzləri ilə yanaşı, 24 saat işləyən poliklinikalar da dərmanın paylanılmasında iştirak edəcəklər. Həkimlər yalnız pasiyentin diaqnozu təsdiq olunandan sonra dərmanı vermək hüququna malik olacaqlar.Bundan başqa, apteklərin satış üçün əldə etdiyi "Tamiflu" dərman preparatlarının ehtiyatlarını Gürcüstanın Məcburi Köçkünlər, Səhiyyə və Sosial Müdafiə Nazirliyi satış qiymətinə alacaq.Bu vaxta qədər "Tamiflu" dərman vasitəsi ödənişsiz olaraq həkim resepti əsasında yalnız risk qrupunda olan sosial təminatsız, təqaüdçülər, hamilə qadınlar, xroniki xəstəlikləri olan şəxslərə verilirdi.Xatırladaq ki, bu günə qədər Gürcüstanda 14 nəfər "donuz qripi"ndən ölüb. Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/720408.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR