Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
22:08 11 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 10-da 63,35 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,86 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,87 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 58,71 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,93 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 60,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,9 dollar/barel çoxdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3004152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR