Paşinyanın yalanı ORTAYA ÇIXDI

Paşinyanın yalanı ORTAYA ÇIXDI
23:42 11 Yanvar 2019
70 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan 2018-ci ildə ölkədə inflyasiya səviyyəsinin 1,8 faiz olduğunu bildirərək, bu haqda sevinclə danışıb. Lakin erməni siyasətçilər Paşinyanın yalan danışdığını sübut ediblər.Milli.Az xəbər verir ki, keçmiş baş nazir Qrant Baqratyan Paşinyanın rəqəmlərlə oynadığını, ictimaiyyəti aldatdığını bildirib.Onun sözlərinə görə, 2018-ci ildə Ermənistanda inflyasiya səviyyəsi 1,8 faizdən çox olub."Paşinyan diqqətli olsaydı inflyasiya səviyyəsinin 2,5 faiz olduğunu görərdi. 2018-ci ildə erməni istehlakçılar mal və xidmətlərə 2017-ci illə müqayisədə 2,5 faiz daha çox pul ödədilər. Hətta Paşinyanın dediyi kimi, inflyasiya 1,8 faiz olsa belə, buna sevinmək olmaz", - deyə o bildirib. (publika.az)Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/720403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR