Taksi sürücüsü 5 minə yaxın ABŞ dolları ilə unudulmuş kisəni turistə qaytarıb

Taksi sürücüsü 5 minə yaxın ABŞ dolları ilə unudulmuş kisəni turistə qaytarıb
03:43 12 Yanvar 2019
76 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Tailandda taksi sürücüsü yaponiyalı turistə içində 5 min ABŞ dollarına yaxın olan pul kisəsini qaytarıb.

Trend-in məlumatına görə, turist kisəsini Banqkokda taksi avtomobilində unudub.

Sürücünün sözlərinə görə, turistin maşında unutduğu pul kisəsini ondan sonra taksiyə oturan qadın aşkar edib. Taksi sürücüsünün onu dərhal turistə qaytarmaq cəhdinə baxmayaraq, o, buna nail ola bilməyib. Yalnız yerli radiostansiyaların birinə müraciət etdikdən sonra, sürücü kisəni sahibinə qaytara bilib.

Sürücü deyib ki, kisəni və içindəki pulları görəndə narahat olub: "İtirilən pulları özümdə saxlamaq istəmirdim, çünki oğurluqda günahlandırılmaqdan qorxurdum. Mən bu pulları il ərzində sükan arxasında qazana bilərəm, amma məni bir illik həbsxanaya göndərsəydilər, mən heç nə qazana bilməzdim, ailəm isə bəlada qalardı".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3004617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR