Saleh Nəsirov sosial şəbəkələrdə maraqlı video paylaşıb.
ANS PRESS xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, Bakıda çəkilmiş bu videoda dəqiq hansı küçədən söhbət getdiyi məlum deyil. Amma Dövlət Yol Polisi İdarəsindəki səlahiyyətli şəxslər istəsələr, bunu aydınlaşdıra bilərlir. Burada hər gün eyni mənzərə yaranır.
Bahalı restorana gələn bahalı maşın sahibləri avtomobilləri yolun hərəkət hissəsində 2-3 cərgədə park edib tıxac yaradırlar. Mənzərə göz qabağındadır. Qalır, tədbir görmək.