İctimai TV-də ilk dəfə

“Serial ilk gündən maraqla qarşılandı”.

Metbuat.az xəbər verir ki, bu sözləri həftəiçi hər gün (bazaar ertəsindən cümə axşamınadək) İctimai TV-də yayımlanan “Dağıntılar altında” serialı haqda serialın aktyoru Azər Aydəmir danışarkən deyib:

“Yeni serialım, kriminal-dram janrdadır. Bir həyətdə yaşayan insanlar yola gedə bilmirlər, bütün davaları evi bölə bilməməklərindən yaranır. Otuz il əvvəl baş vermiş hadisələr yenidən üzə çıxır. Mən serialda baş roldayam, Teymur obrazını canlandırıram. Teymur Moskvadan Bakıya yeni qayıdıb və çalışır ki, bütün bu hadisələri yoluna qoysun. Hər seriya bir-birindən daha maraqlıdır. İlk seriyamız isə çox maraqla qarşılandı. Bizim serialİctimai TV-də uzun illərdən, sonra ilk dəfə yayımlanan serialdır. Kanalın tarixində isə ilk dəfə gündəlik yayımlanan serialdır”.

Qeyd edək ki, serial həftəiçi hər gün 21:45-də İctimai TV-də yayımlanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR