"Qəbələ" ilk yoxlama oyununda qələbə qazanıb

"Qəbələ" ilk yoxlama oyununda qələbə qazanıb
14:12 12 Yanvar 2019
38 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ "Qəbələ" komandası qış hazırlıq dövründə ilk yoxlama oyununu keçirib.
"Report"un məlumatına görə, "qırmızı-qaralar" Biləcəri Futbol Mərkəzində I Divizion təmsilçisi "Qaradağ Lökbatan"la üz-üzə gəlib.
Referi Nicat İsmayıllının idarə etdiyi görüş Sənan Qurbanovun baş məşqçi olduğu kollektivin qələbəsi ilə yekunlaşıb - 2:0.
Hesabı 20-ci dəqiqədə Rauf Əliyev açıb. 62-ci dəqiqədə Sabien Lilay yekun nəticəni müəyyənləşdirib. Görüş "Qəbələ"nin aşkar üstünlüyü şəraitində keçib. İlk yarıda Ceyms Adeniyi ayağı burxulduğu üçün əvəzlənməli olub. Yeni transfer Davit Vilkoviyə isə Bakıya yeni gəlməsi səbəbindən istirahət verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-ilk-yoxlama-oyununda-qelebe-qazandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR