Qəri Cons: "Xəzər dənizində perspektiv strukturların kəşfiyyatı ilə bağlı ambisiyalı proqramımız var"

Qəri Cons: "Xəzər dənizində perspektiv strukturların kəşfiyyatı ilə bağlı ambisiyalı proqramımız var"
14:42 12 Yanvar 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ BP və onun tərəfdaşları Azərbaycanın nəhəng təbii qaz layihəsi üçün 28 mlrd. ABŞ dolları xərcləyib və bu, başlanğıc ola bilər. “Report”un “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons (Gary Jones) bildirib.
Q.Consun sözlərinə görə, rəhbərlik etdiyi şirkət 2020-ci ilə qədər ölkədə 6 yeni kəşfiyyat quyusu qazmaq niyyətindədir. 
"Blooombeg" qeyd edib ki, əgər Qəri Consun gözləntiləri reallaşsa, Xəzər dənizində yanacaq hasilatına görə nəhəng “Manhattan” yatağına bərabər olan və  “Şah Dəniz”lə eyni ölçüdə yeni yataq aşkarlana bilər. 
“Braziliya ilə yanaşı, Azərbaycan da növbəti bir neçə il ərzində diqqət mərkəzində olacaq. Bu, bizim üçün əhəmiyyətli bir kəşfiyyat proqramıdır, hansı ki, Xəzərdə gördüyümüz əminlik və rolu nümayiş etdirir", - deyə Q.Cons vurğulayıb. 
Qeyd olunub ki, əgər BP yaxın əməliyyat quyularında yeni qaz yatağı aşkar etsə, hasil ediləcək mavi yanacağı Avropaya eyni boru kəməri ilə nəql edəcək.
“Bu səbəbdən Xəzər dənizində perspektiv strukturların kəşfiyyatı ilə bağlı ambisiyalı proqramımız var, hansı ki, özündə digər mühüm qaz variantlarını nəzərdə tutur. Bu mənbədən əsrin ortalarına qaz ala bilərik”, - deyə Q.Cons vurğulayıb.
Onun sözlərinə görə, BP hazırda diqqətini böyük həcmdə qaz ehtiyatlarının ehtimal edildiyi "Şəfəq-Asiman" perspektiv strukturuna yönəldib.  Onun sözlərinə görə, 2019-cu ildə Xəzərin Azərbaycan sektorundakı “Şəfəq-Asiman”da ilk kəşfiyyat quyusunun qazılması planlaşdırılır.
Qeyd edək ki, “Şahdəniz 2” ilk dəfə olaraq Xəzər qazını Avropa bazarına çıxaracaq yeni Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Sabit pik hasilat zamanı bu layihənin mövcud hasilat həcmlərinə ildə 16 mlrd. kubmetr qaz əlavə edəcəyi gözlənilir. “Şahdəniz” yatağının ümumi hasilat həcmi ildə 26 mlrd. kubmetr qaz və gündə 120 min barel kondensat səviyyəsinə çatacaq.
“Şahdəniz 2” çərçivəsində Xəzər dənizində ilk dəfə yatağın suyun altında işlənməsi reallaşdırılır və bu, BP şirkətinin bu vaxtadək dünyada operatoru olduğu ən iri dəniz infrastrukturudur.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bp-xezerde-yeni-qaz-yatagi-askar-ede-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR