DSX: Ermənilər Qazaxda ekskovatora atəş açıb, kabinanın şüşəsi sındırılıb

DSX: Ermənilər Qazaxda ekskovatora atəş açıb, kabinanın şüşəsi sındırılıb
14:52 12 Yanvar 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqa­mətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs re­ji­minin pozulması halları davam etməkdədir.
Dövlət Sərhəd Xidmətindən "Report"a verilən məlumata görə, bu gün saat 11:20 və 11:40 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonu­nun Kəmərli kəndi yaxınlı­ğındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən ida­rə olunan eksko­va­­tora doğru 7,62 mm çaplı “PK” pulemyotundan və 12,7 mm çaplı “DŞK” pu­lem­yo­tun­dan atəş açılıb, nəticədə 6 güllə eksko­va­torun çalovuna və başqa hissələrinə dəyib, kabinanın şüşəsi sındırılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.   




Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/ermeniler-qazaxda-eksko-va-tora-ates-acib-kabinanin-susesi-sindirili

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR