Azərbaycandan ATƏT-ə sədrlik edən Slovakiya ilə bağlı BƏYƏNAT

Azərbaycandan ATƏT-ə sədrlik edən Slovakiya ilə bağlı BƏYƏNAT
14:57 12 Yanvar 2019
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Slovakiyanın ATƏT-ə sədrliyi müddətində münaqişələrin qarşısının alınmasına diqqət ayırması niyyətini alqışlayır.Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın ATƏT-də Daimi nümayəndəliyinin bəyanatında deyilir.Bəyanatda deyilir: "ATƏT regionunda mövcud münaqişələr sülh və təhlükəsizlik üçün böyük təhdiddir. Bu münaqişələr nəticəsində yaranan problemlər üzv dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin möhkəmliyi əsasında həll olunması üçün ardıcıl səylər tələb edir".Sənəddə daha sonra deyilir ki, çoxtərəfli təhdid və çətinliklər fonunda səmərəli çoxtərəfli əməkdaşlığa yardım ümumi öhdəliyə çevrilməlidir və Azərbaycan bu məsələnin prioritetlərin arasına daxil olmasını alqışlayır.Bundan başqa, bəyanatda Slovakiyanın tolerantlığı möhkəmləndirmək, radikallaşmanın və zorakı ekstremizmin qarşısını almaq üçün ATƏT-in vasitələrindən istifadə etmək niyyətlərinə dəstək ifadə olunub.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/720640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR