Parisdə “sarı jiletlilər”in nümayişi öncəsi saxlanılanlar var

Parisdə “sarı jiletlilər”in nümayişi öncəsi saxlanılanlar var
16:02 12 Yanvar 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində “sarı jiletlilər”in nümayişi öncəsi həbslər başlayıb. 
“Report” TASS-a istinadən xəbər verir ki, Paris polisi artıq 24 nəfəri saxladığını açıqlayıb.
Onların üzərində başqasına xəsarət yetirmək üçün istifadə edilə bilən əşyalar, həmçinin bibər qazından qorunmaq üçün hermetik eynəklər aşkar edilərək götürülüb. Belə əşyaları, həmçinin qaz maskaları və respiratorları nümayiş zamanı daşımaq qadağandır.
Bu gün “sarı jiletli”lərin etiraz aksiyaları keçirdikləri ardıcıl doqquzuncu şənbədir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/parisde-sari-jiletliler-in-numayisi-oncesi-saxlanilanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR