Donald Trampın Rusiya casusu olub-olmaması araşdırılır

Donald Trampın Rusiya casusu olub-olmaması araşdırılır
18:17 12 Yanvar 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Prezident Donald Trampın Rusiyanın xeyrinə çalışıb-çalışmamasına dair araşdırmaya başlayıb.
“Report” “The New York Times”ə istinadən xəbər verir ki, FTB direktoru Ceyms Kominin istefaya göndərilməsindən az sonra başlayan araşdırmada dövlət başçısının davranışlarının milli təhlükəsizliyə təhlükə yaradıb-yaratmadığını öyrənmək məqsədi qoyulduğu bildirilir.
Ağ Ev sözçüsü Sarah Sandersin bununla bağlı yaydığı açıqlamada sözügedən məlumatlar cəfəngiyyat olaraq dəyərləndirilib: “Rusiya və başqa xarici ölkələrə ABŞ-ı hədələməyə fürsət verən Barak Obamanın əksinə olaraq Prezident Tramp Rusiya məsələsində həqiqətən sərt mövqedədir”.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/donald-trampin-rusiya-casusu-olub-olmamasi-arasdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR