Fransada "sarı jiletlər" etiraz aksiyasının doqquzuncu aktı başlayıb.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aksiyaçılar, əsasən, ölkənin Burj şəhərində, eləcə də digər şəhərlərdə toplaşıblar. Burj şəhərinin polis prefekturası nümayişi qadağan etsə də, səhər saatlarından artıq əvvəlki həftələrdən də çox aksiyaçının toplaşdığı bildirilir.Parisdə etiraz aksiyaçıları Maliyyə və İqtisadiyyat Nazirliyinin yerləşdiyi Bersi məhəlləsindən yığışıblar. Aksiyaçıların şəhərin küçələrindən keçərək sonda mərkəzi Yelisey çölləri prospektinə gəlməsi planlaşdırılıb.İctimai asayişin qorunması məqsədilə ölkə üzrə 80 min polis və jandarm səfərbər olunub ki, onlardan 5000-i Parisdədir.Hökumətin aksiya zamanı qəti və sərt tədbirlər görməklə bağlı məlumatları "sarı jiletlər" etiraz aksiyaçılarının küçələrə çıxmasının qarşısını ala bilməyib.Qeyd edək ki, hökumət ölkəni bürümüş etiraz aksiyası ilə bağlı milli debatların gələn çərşənbə günü başlayacağını bildirsə də, onun gözlənilən nəticələr verəcəyinə inam yoxdur. Eləcə də, aidiyyəti rəsmi şəxslərə milli debatları aparmaq təklif olunsa da, onlar bundan imtina ediblər.Milli.Az
Fransada “sarı jiletlər” yenə etiraz aksiyasına başladı
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
CHP sədri Özgür Özəl AŞPA-da Azərbaycana dəstəyini ifadə etdi
17 Aprel 2024
23:25
Tanınmış müğənninin toyudur -
17 Aprel 2024
22:52
Ali Məclisdə QDİƏT Parlament Assambleyasının baş katibi ilə görüş baş tutub
17 Aprel 2024
22:28
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü -
17 Aprel 2024
22:02
Buraxılış imtahanlarına asan suallar salınıb? -
17 Aprel 2024
21:52
Anar Nağılbazın övladları efirə çıxdı -
17 Aprel 2024
21:41
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli oldu
17 Aprel 2024
21:04
Polis maşınına daş atan şəxs həbs edildi
17 Aprel 2024
20:58
Həsəninin sosial media hesabı oğurlandı -
17 Aprel 2024
20:05
58 yaşlı Romario yaşıl meydanlara qayıdır
17 Aprel 2024
19:42