ABŞ-ın "Gartner" analitik şirkəti 2018-ci ilin dördüncü rübü və il üzrə hazır fərdi kompüterlər bazarının yekunlarını açıqlayıb. Rüb ərzində 68,6 milyon fərdi kompüter tədarük edilib ki, bu da 2017-ci ilin müvafiq dövründən 4,3 faiz çoxdur. İl ərzində fərdi kompüterlərin tədarük həcmi 259,4 milyon ədədi ötüb. Bu, 2017-ci ilin göstəricisini 1,3 faiz üstələyir.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şirkət analitiklərinin sözlərinə görə, 2018-ci ildə sahəyə iki əsas tendensiya təsir edib: prosessor çatışmazlığı və ABŞ və Çin arasında ticarət müharibəsi. Bundan başqa, analitiklər qeyd edib ki, mövsümi satışlar daha fərdi kompüterlərə istehlak tələbatı üçün əsas stimulyator rolunu oynamır.İlin yekunları üzrə dünya fərdi kompüterlər bazarında lider il ərzində payı 20,8 faizdən 22,5 faizədək artan "Lenovo" şirkətidir. İkinci pillədə payı 21 faizdən 21,7 faizədək yüksələn "HP" qərarlaşıb. Əsas tədarükçülər üçlüyünü "Dell" şirkəti tamamlayıb. Bu şirkətin payında da ötən illə müqayisədə artım (15,1 faizdən 16,2 faizədək) müşahidə olunub. Maraqlıdır ki, ümumi payı 60 faizi üstələyən bu şirkətlər sahə üzrə tendensiyaların əksinə olaraq il ərzində satış həcmini artıra biliblər.Digər iri iştirakçıların payında isə azalma qeydə alınıb. Belə ki, dördüncü yeri tutan "Apple" şirkətinin payı 7,2 faizdən 6,9 faizədək, beşinci pillədə yer alan "Acer Group" şirkətinin 6,5 faizdən 6,1 faizədək azalıb. Bir il əvvəl payı 6,8 faiz təşkil edən "Asus" şirkəti 2018-ci ilin yekunlarına görə 6 faizlə kifayətlənib. Digər əsas istehsalçıların ümumi payı isə 22,5 faizdən 20,6 faizədək aşağı düşüb.Milli.Az
Ötən il fərdi kompüterlər bazarında lider kim olub?
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəldi
25 Aprel 2024
03:18
Krım körpüsü bağlandı
25 Aprel 2024
01:15
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirildi
25 Aprel 2024
00:18
Ölkə kuboku əlavə prestijdir -
24 Aprel 2024
23:45
Lənkəranda keçmiş polis anasına görə öz həyatına qəsd etdi -
24 Aprel 2024
23:05
Tanınmış meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi
24 Aprel 2024
22:48
"Qarabağ" - "Neftçi" oyununda vurulan qol diqqət çəkdi -
24 Aprel 2024
22:28
İlk oyunun nəticəsi hər iki komandaya təsir etdi -
24 Aprel 2024
22:19
Paşinyanın xanımı təhqir olundu -
24 Aprel 2024
22:05
Kubok oyununda darmadağın -
24 Aprel 2024
21:42