Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplantısında iştirak edirlər

Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplantısında iştirak edirlər
22:17 12 Yanvar 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Avstriyanın Mittersill şəhərində cüdo üzrə ənənəvi beynəlxalq təlim-məşq toplantısı keçirilir.
"Report" xəbər verir ki, toplantıda dünyanın 52 ölkəsinin atletləri ilə yanaşı, Azərbaycan cüdoçuları da iştirak edirlər. 
Mittersill toplanışına bu dəfə də olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri qatılıblar. Milli komandamızın üzvləri baş məşqçi Ruslan Maşurenkonun başçılığı altında gündə 2 dəfə məşq edərək, gələcəkdə keçiriləcək mötəbər yarışlara hazırlaşırlar. 
Beynəlxalq təlim-məşq toplanışı yanvarın 15-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan cüdoçuları ötən il 39 beynəlxalq yarışda 177 medal qazanıblar.







Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/millimiz-ruslan-masurenkonun-rehberliyi-altinda-mesq-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR