Şəmkirdə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub

Şəmkirdə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub
22:32 12 Yanvar 2019
26 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkir. 12 yanvar. REPORT.AZ/ Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir şəhərində, 2-ci küçə ərazisində baş verib. 
İlkin məlumata görə, qəza zamanı aralarında körpə də olmaqla, dörd nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır olduğundan Gəncə şəhərindəki özəl xəstəxanaların birinə göndərilib. Hazırda onların adları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Şəmkirdə baş verən yol qəzasında 2 nəfər ölüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qezada-aralarinda-korpe-de-olmaqla-dord-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR