Masonlar barədə həqiqətlər və miflər - ARAŞDIRMA

Masonlar barədə həqiqətlər və miflər - ARAŞDIRMA
22:42 12 Yanvar 2019
123 Maraqlı
Ölkə mətbuatı
A- A+

Masonlar kimi gizli mistik cəmiyyətlər təsvir edildikdə əsasən iki ifrata yol verilir. Ya tarix şişirdilir və masonlar bütün dünyaya hakim olan təşkilat kimi təqdim edilir, ya da ümumiyyətlə onlar mif kimi göstərilir. Bu yazıda biz "azad memarlar"ın həqiqətənmi qlobal sui-qəsdlər hazırlayan bir təşkilat, yoxsa adi bir şəbəkə olduqlarını üzə çıxarmağa calışacağıq.Hər şeyi görən gözMasonluq XVIII əsrdə gizli cəmiyyətlər şəbəkəsi kimi yaranıb.  Bu hərəkatın üzvləri əsasən gizli qalmağa üstünlük verib. Masonların ən mühüm sirlərini isə yalnız "seçilmişlər" bilib. Tarixçilər masonların kökünü orta əsrdə yaşayan daşyonanlara aid edirlər. Ümumiyyətlə, "mason", "frankmason" "memar", "azad memar " kimi tərcümə edilir.Milli.Az faktxeber.com-a istinadən bildirir ki, bəzi tədqiqatçılar hesab edir ki, masonlar Süleyman peyğəmbərə, bəziləri qədim Misirə, bir qismi isə onların Fransa kralı Filippin "Çəhrayı xaç" ordeninə aiddir.Dinşünas  Dmitri Pedyenko deyir: "Burada başa düşmək lazımdır ki, müxtəlif əfsanələr hər dəfə yeni bir şey kəşf edir və masonluğun mahiyyətini dərk etməyə imkan verir. Masonlara gəldikdə isə onlar hesab edirlər ki, bu kimi fikirlər mifologiyadan başqa bir şey deyil.Biz onu deyə bilərik ki, bugünkü frankmasonluq din deyil, ən azı bu şəbəkənin ardıcılları belə hesab edir. Onların dediyinə görə, bu yalnız bir təlimdir.Bu gün populyar ədəbiyyat sayəsində masonların rəmzlərini hamı azdan-çoxdan tanıyır. Məsələn, üçbucağın içində göz, çəkic, şaqul,  pərgar və s. kimi rəmzlər artıq dillər əzbərinə çevrilib. Bu kimi nişanlara sənədlərdə, filmlərdə, pulların üzərində və digər yerlərdə rast gəlmək mümkündür."  Məsələn, "hər şeyi görən göz" dolların üzərində çap edilib və mason qlobal sui-qəsd nəzəriyyəsinin tərəfdarları bunu əsas götürərək şəbəkənin bütün dünya maliyyəsinin köməyi ilə dünyaya tam nəzarət etdiyini deyir.Amma eyni simvolu İsgəndəriyyə sütunu və Sankt-Peterburqda yerləşən Kazan kilsəsi üzərində də görmək mümkündür. Xaçpərəstlikdə o, Müqəddəs üçlüyü (Ata, Oğul və Müqəddəs ruh) - Allahın gözünü simvolizə edir. Həmçinin mason işarələrini dünyanın əksər ölkələrində tanınmış binaların üzərində də görmək olar. Lakin bunu da qeyd etmək lazımdır ki, masonlar öz rəmzlərinin böyük hissəsini digər dinlər və təlimlərdən götürüb. Ona görə də bu kimi işarələri hər yerdə görmək olar.Paytaxt Bakıda da bəzi binalar üzərində "mason emblemi" adlandırılan işarələr mövcuddur. Onlara əsasən Bakı şəhər İcra Hakimiyyətinin və Səadət Sarayının binaları üzərində rast gələ bilərik.Miflərdən özünütəbliğ kimi istifadəBelə demək mümkünsə, masonların yeni tərəfdarları cəlb etmək üçün özləri haqqında bəzi mifləri saxlamağa çalışırlar. Düzdür, onlar heç bir ictimai və siyasi məqsəd güdmür. Masonluqda əsas məqsəd özünü təkmilləşdirməkdir. Lakin bunun üçün mənəvi və maddi dəstəyə böyük ehtiyac olduğu üçün mason təşkilatlarında əsasən zəngin insanlar üstünlük təşkil edir. Bəziləri öz nöqsanlarını düzəltmək üçün, bəziləri yoldaşlıq, ünsiyyət üçün, digərləri isə özünə karyera qurmaq üçün masonluğa üzv olur, çünki onlar beləcə gizli hökumətə üzv olacağına inanırlar. Bəzi insanlar isə hərəkatın ritual xarakterli olduğu üçün mason olur. Çünki onlar üçün şəbəkənin dini və mistik olduğu önəmlidir.XVIII-XIX əsrlərdə masonluq aristokratiya arasında olduqca dəbdə olduğu üçün bir çox ziyalılar bu şəbəkəyə üzv olub. Lakin bəziləri üçün bu sadəcə epizodik bir maraq olub. Məsələn, Rusiya ədəbiyyatının atası hesab edilən Aleksandr Sergeyeviç Puşkin cəmi bir il masonluqda qalıb və o şəbəkədə "ibtidai şagird" vəzifəsindən yuxarı qalxa bilməyib.   Tolstoyun "Müharibə və Sülh" romanında da masonların sirləri barədə ətraflı təsvir edilib.  Masonların gizli həyatı barədə nəşrlər XVIII əsrdən yer alıb. Və bu yeni janr deyil. Masonların bütün dünyanı idarə etmək qabiliyyətinə malik olmaları ilə bağlı mif də XVIII əsrdə yaranıb.Dövlətlər mason lojalarının "gizli təşkilatlar"ı barədə hər şeyi bilir. Masonlar həmişə hakimiyyət orqanlarının razılığını qazanmağa çalışıb. Hazırda da masonlar ictimai təşkilat kimi qeydiyyatdan keçir və dövlət də onların bütün fəaliyyəti barədə xəbərdardır. Dövlətdən yalnız ritualllarla bağlı məsələlər gizli saxlanılır.Fransa, Britaniya və ABŞ-da masonların on minlərlə üzvü var. Onlar iclaslarında baş verən hadisələrin şəkillərini və lojaya daxil olan yeni adların siyahısını öz saytlarında dərc edirlər.Kişilərin maraqlarını güdən klub2018-ci ilin əvvəllərində Britaniyada yerləşən ən qədim və təxminən 200 minə yaxın üzvü olan "Birləşmiş boyük loja" dünyada "azad memarlar"ın  hüquqlarının tapdalanmasına son qoyulmasını istəyib. Bu bəyanat ölkə parlamentinin deputatlarına aid lojaları ifşa edən jurnalistlərə təqdim olunub.  Həmçinin Britaniyada polisin həmkarlar ittifaqından biri masonları qadınlar və etnik azlıqları yüksək vəzifəyə buraxmamaqda ittiham edib.ABŞ-ın bəzi ştatlarında isə polislər ənənəvi olaraq mason lojalarına daxil olur. Nəyə görə bu loja təhlükəsizlik qüvvələri arasında bu qədər populyardır? Yəqin ki, lojalar özünəməxsus kişi klubu kimi fəaliyyət göstərir. ABŞ-da bu loja siyasətə demək olar ki, heç bir təsir qoymur. Lakin Meksikada əsasən cinayətkar və narkobaronlar masonluğa üzv olurlar.Ən məşhur miflərdən biri də masonların Rusiyada fevral inqilabını (1917-ci il, fevralın 25-də 300 min adamın iştirak etdiyi tətil başlandı. Fevralın 27-də Petroqradda ümumi siyasi tətil silahlı üsyana çevrildi və fevralın 28-də inqilabın qələbəsi ilə nəticələndi. Bunun nəticəsində Rusiyada ikihakimiyyətlilik - bir tərəfdə Müvəqqəti hökumətin hakimiyyəti, digər tərəfdə Fəhlə Deputatları Sovetinin hakimiyyəti yarandı. Romanovlar mütləqiyyətinə son qoyuldu. Martın 2-də knyaz G.Y.Lvov başda olmaqla Müvəqqəti hökumət təşkil edildi. Hökumətin qarşısına qoyduğu əsas vəzifə ölkədə qayda-qanun yaratmaq, Müəssislər Məclisinə seçkilər keçirmək idi) etməsidir. Düzdür, liberal sui-qəsdçilər öz fəaliyyətini gizlətmək üçün "Rusiya Millətlərinin Böyük Şərqi" adlı icma yaratdı. Lakin onlar nə mason kimi tanınıb, nə də fəaliyyət üçün lojadan icazə alıb. Bu liberallar Fevral inqilabının təsirindən xaricə qaçarkən avropalı masonlar onları qəbul etməyiblər."Özümüzünküləri" və "yadları" tanıma qaydasıTəbiidir ki, masonlar mövcuddur və onlar bunu gizlətmir. Onların arasında məşhur siyasətçilər və böyük iş adamlarına rast gəlmək olar. Bunun səbəbini də yuxarıda qeyd etdik. Lakin onların mason olmalarının hansısa bir siyasi qərarı qəbul etməkdə nə kimi rolu var, bunu deyə bilmərik. Buna dəqiq cavab tapmaq üçün hər bir konkret hadisə ciddi şəkildə araşdırılmalıdır. Bunu isə həyata keçirmək  olduqca çətindir.Müasir masonluq daha çox mədəni maraq doğurur. Tarixən masonluq müxtəlif elit qruplarının birləşdirilməsi üsullarından biri olub. Sadə dillə desək, masonluq yəni "öz" və "özgə"ləri tanıma üsullarından biri olub. Belə üsullardan biri də qolf oyunudur. Məsələn, Britaniya və ABŞ-da qolf oynamaq hər kəsin işi olmayıb. Qolf oyunçusu əsasən yüksək statusa malik olan kəslər ola bilərdi. Əgər bir kəs qolf meydanına çıxırdısa, bu artıq müəyyən siqnal kimi qəbul edilirdi. Lakin ABŞ-ın qolf oyunçuları tərəfindən idarə olunmasını demək ən azı sadəlövhlükdür.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/719844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR