Şəmkirdə AĞIR YOL QƏZASI - 4 nəfər...

Şəmkirdə AĞIR YOL QƏZASI - 4 nəfər...
23:18 12 Yanvar 2019
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Şəmkir şəhərində, 2-ci küçə ərazisində baş verib.

İlkin məlumata görə, qəza zamanı aralarında körpə də olmaqla, dörd nəfər xəsarət alıb. Bunlar Şəmkir rayon sakinləri, Səfərova Pəri Səməndər qızı, onun övladı, 2018-ci il təvəllüdlü Səfərli Əli Babək oğlu, 1969-cu il təvəllüdlü Sadıqov Ceyhun Ramiz oğlu və 1976-cı il təvəllüdlü Sadıqova Raya Sərdar qızıdır. P.Səfərovanın vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə aparılıb.

Digər yaralıların vəziyyəti orta-ağır və qənaətbəxş, körpənin isə vəziyyətinin yaxşı olduğu bildirilir.

Qəzanın baş vermə səbəbləri araşdırılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/266009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR