Tramp xaricdən gələn ixtisaslı işçilərə viza verilməsini sadələşdirmək niyyətindədir

Tramp xaricdən gələn ixtisaslı işçilərə viza verilməsini sadələşdirmək niyyətindədir
02:32 13 Yanvar 2019
59 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Tramp özünün tvitter səhifəsində yazıb ki, onun administrasiyası yüksəkixtisaslı əcnəbi mütəxəssisləri ABŞ-da işə cəlb etmək məqsədilə onlara H-1B vizası verilməsi siyasətinə yenidən nəzər salmağı planlaşdırır.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Trampın bəyanatında deyilir: "Birləşmiş Ştatlarda H-1B vizası olan şəxslər əmin ola bilərlər ki, yaxın vaxtlarda bu sahədə ediləcək dəyişikliklər sayəsində həmin şəxslərin ABŞ-da yaşamasına, o cümlədən potensial vətəndaşlıq əldə edəcəyinə əminliyi təmin olunacaq. Biz ABŞ-da karyera qurmaq istəyən istedadlı və yüksəkixtisaslı insanları həvəsləndirmək istəyirik".ABŞ Daxili Təhlükəsizlik Nazirliyi hələ 2018-ci il noyabrın axırlarında bəyan edib ki, ABŞ-ın təhsil müəssisələri tərəfindən verilmiş magistr diplomu və daha yuxarı səviyyəli sənədləri olan əcnəbilərə üstünlük veriləcək.Məlum olduğu kimi, H-1B proqramı Amerika şirkətlərinə informasiya texnologiyaları, tibbi xidmətlər, neft sənayesi və başqa sahələr üzrə yüksəkixtisaslı mütəxəssisləri işə cəlb etməyə imkan verir.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/720607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR