Fransada "sarı jiletlilər"in aksiyası zamanı 24 nəfər xəsarət alıb

Fransada "sarı jiletlilər"in aksiyası zamanı 24 nəfər xəsarət alıb
02:47 13 Yanvar 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Fransada "sarı jiletlilər"in aksiyası zamanı 24 nəfər xəsarət alıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, onlardan 22-nin vəziyyəti orta ağır, 2-nin isə vəziyyəti ağırdır.
BFMTV telekanalının məlumatına görə, aksiyaların başlanğıcından bu günə kimi Fransada 10 nəfər həlak olub, 1600-dən çox insan yaralanıb. Xəsarət alanlar arasında jurnalistlər də var.
Qeyd edək ki, "sarı jiletlilər" ötən gün 9-cu dəfə Fransa küçələrinə çıxıblar. Adətən aksiyalar iğtişaşlar və qarşıdurmalarla müşahidə edilir. Dünənki aksiyada 84 mindən çox insan iştirak edib. 
Xatırladaq ki, Fransada yanacağın bahalaşmasına qarşı “sarı jiletlilər”in kütləvi etiraz aksiyaları ötən il noyabrın 17-də başlayıb. Ayrı-ayrı hallarda etiraz nümayişləri iğtişaşlara çevrilib.
Müxtəlif şəhərlərdə "sarı jiletlilər"in keçirdiyi aksiyada saxlanılanların sayı 240 nəfərə çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/onlardan-22-nin-veziyyeti-orta-agirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR