Fransada etiraz aksiyalarında 240 nəfər saxlanılıb

Fransada etiraz aksiyalarında 240 nəfər saxlanılıb
03:01 13 Yanvar 2019
76 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Tural Turan - Trend:

“Sarı jiletlər”in bu gün Fransada keçirilən növbəti etiraz aksiyalarında saxlanılanların sayı 240 nəfər olub. Trend-in məlumatına görə, bir sıra şəhərlərdə, o cümlədən paytaxt Parisdə aksiyalar iğtişaşlarla müşayiət olunub. Parisdə gün ərzində saxlanılan 120 nəfərdən 74-ü həbs edilib. Onlar hüquq mühafizə orqanları əməkdaşlarına qarşı güc işlətməkdə və qadağan olunmuş silah gəzdirməkdə təqsirləndirilir.

Parisdə Zəfər tağının yaxınlığında yerləşən prospektlərdə nümayişçilərlə polis arasında qarşıdurma baş verib. Polislər onlara atılan daşlara cavab olaraq gözyaşardıcı qaz və su şırnaqları tətbiq ediblər.

Son məlumata görə, etiraz aksiyalarında ümumilikdə 84 min nəfər iştirak edib. Ötən şənbə aksiyalarına nisbətən iştirakçıların sayında xeyli artım olub.

Fransada miqyaslı etirazlar ötən il noyabrın 17-də yanacaq vergilərini və benzinin qiymətini qaldırmamaq tələbi ilə başlayıb.

Xatırladaq ki, bu, artıq 9-cu şənbədir ki, “sarı jiletlər” Parisdə və ölkənin digər şəhərlərində nümayişlərə çıxırlar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3004941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR