Çində kömür mədəninin uçması nəticəsində 19 nəfər həlak olub

Çində kömür mədəninin uçması nəticəsində 19 nəfər həlak olub
03:52 13 Yanvar 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Çində kömür mədəni uçub.
"Report" TASS-a "China Daily" qəzeti məlumat yayıb.
Bildirilir ki, hadisə ölkənin şimal-qərbində, Şensi vilayətində, Şenmu şəhərində, "Baiji Mini" şirkətinə məxsus "Liçzyaqou" kömür mədənində yerli vaxtla saat 16:30-da baş verib.
Vilayət administrasiyasının yaydığı məlumata görə, hadisə zamanı azı 19 nəfər həlak olub, daha 2 nəfər hələ də mədəndədir.
Hadisə zamanı yerin altında 87 nəfər olub. Onlardan 66-ı xilas edilib. Hazırda xilasedicilər 2 şaxtaçının axtarışlarını davam etdirir. 
İnsidentlə bağlı təhqiqat aparılır, qəzanın səbəbləri müəyyənləşdirilir. 
Daha əvvəl Çində şaxtada baş vermiş partlayışda azı 5 nəfər ölüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/daha-2-nefer-hele-de-medendedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR