Maradona əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirilib

Maradona əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirilib
04:52 13 Yanvar 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Meksikanın "Dorados" futbol klubunun məşqçisı və 1986-cı ildə dünya çempionu olmuş Dieqo Maradona mədəsindəki qanaxma ilə əlaqədar Buenos-Ayresdəki klinikalardan birinə yerləşdirilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Bu qanaxma yırtıqla bağlıdır, ağır heç nə yoxdur", - deyə mənbə "Reuters"ə bildirib. "O, adətən hiss etdiyi narahatlıqlardan bəzilərini aradan qaldırmağa çalışır", - deyə mənbə əlavə edib.
Maradona 1986-cı ildə dünya çempionu olub və XX əsrin ən yaxşı futbolçularındandır.
Daha əvvəl bildirilir ki, 58 yaşlı məşqçi Buenos-Ayresdəki "Olivos" klinikasında standart müayinədən keçib. Müayinə zamanı onun mədəsində qanaxma qeydə alınıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/maradonanin-medesinde-qanaxma-musahide-edilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR