"Sabah" qələbə ilə başladı

"Sabah" qələbə ilə başladı
09:52 13 Yanvar 2019
66 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə təlim-məşq toplanışında olan "Sabah" dünən ilk yoxlama oyununu keçirib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Elşad Əhmədovun komandası Türkiyənin birinci liqasında çıxış edən "Əskişəhərspor"la qarşılaşıb. Antalyada "İC Santai" otelinin stadionunda keçirilən görüş Bakı klubunun qələbəsi ilə başa çatıb. Gənc hücumçu Emil Qasımovun 68-ci dəqiqədə vurduğu qol oyunda yeganə olub.

Qeyd edək ki, Premyer Liqamızın debütantı növbəti qarşılaşmasını yanvarın 16-da Qazaxıstan "Tobol"una qarşı keçirəcək. 12 yanvarYoxlama oyunu16:30. "Sabah" (Azərbaycan) - "Əskişəhərspor" (Türkiyə) - 1:0
Qol:
 Emil Qasımov, 68Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/720682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR