Ermənistanda, Azərbaycanla həmsərhəd yaşayış məntəqələrində ermənilər on illərdir ünsiyyətdə olmadıqları qonşuları ilə münasibətlər barədə nə düşünür? Onların sülh və müharibə haqda fikirləri necədir?Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, epress.am saytı Ermənistanın Naxçıvanla həmsərhəd kəndlərində yaşayan sakinlərlə sosioloji araşdırmalar mərkəzlərindən biri tərəfindən aparılmış söhbətin mətnini dərc edib. Söhbətdən məlum olur ki, rəyi soruşulan ermənilərin əksəriyyəti azərbaycanlılarla mehriban qonşuluq münasibətlərinin yenidən bərpa olunmasını arzu edirlər.Məsələn, 35 yaşlı qadının dedikləri: "Onlarla söhbət etmək maraqlı olardı. Görəsən nə düşünürlər, məncə "yuxarılar"la bağlı problem olmasa heç nə baş verməzdi, axı onlar da adi insanlardır...Hansı valideyin istərdi ki, istər erməni olsun, istər azərbaycanlı, onun övladı müharibədə ölsün. Belə şey ola bilməz. Gənclərin ölümünü istəməkdən qeyri-insani heç nə ola bilməz. Əminəm ki, onlar da sülhə can atır. Onlar da sakit yaşamaq istərdi. Həyatdan həzz almaq lazımdır, müharibə eləmək yox..."Yetkinlik yaşına çatmamış oğlan isə deyir ki, yaşlılar ona bir vaxtlar Naxçıvanla sərhəddə azərbaycan kəndləri ilə alış-veriş olduğunu danışıblar: "Hətta bizim evimizə türklər (azərbaycanlılar -red.) gəliblər, gecəni qalıblar. Bir dəfə türk mənim nənəmi ölümdən xilas edib: o dağda pencər yığarkən yıxılıb, türk isə onu xilas edib".Yaşı 50-dən yuxarı olan qadın isə belə deyir: "Biz illərlə onlarla yan-yana yaşamışıq. Konkret olafraq bu ev türkün evidir. Onlarla yola gedirdik, yaşayırdıq. Ola bilsin indi bu yaxşı səslənmir, deyəcəklər ki, satqınsan, onları tərifləyirsən. Amma nə var onu demək lazımdır. Mənim valideyinlərim Gorusdan gəliblər, məktəbdən gələndə qonşumuz türk məni evə çağırırdı, qonaq edirdi. Bu türk tərəfdən insani münasibət idi"."O vaxt ermənilər və türklər qardaş idi. Onlar nəsə almağa əsasən bizim kəndə gəlirdilər. Buradan ət alıb aparırdılar. Özləri tərəvəz satırdılar. Və satmağa Cermuka da gedirdilər, Yerevana da. Bizim kənddən keçib gedirdilər, çünki yol qısa idi"-bunları isə 36-40 yaşlarında qadın deyir.50 yaşlarında kişi isə deyir ki, o sərhədin qarşı tərəfində özü kimi sadə adamları heç vaxt günahlandıra bilməz. Çünki elə hal olub ki, onlara 10 metrə qədər yaxınlaşıb, hətta silahlı olublar, amma heç nə baş verməyib. "Mənim kimi o da torpaqla məşğuldur, heyvan saxlayır. Məsələni bizim hökumət nizamlamalıdır, mənim Əhmədlə, Məmmədlə nə işim var? Heç bir. Mən sülh istəyirəm. 200-300 metr o yana getsəniz görərsiniz ki, bizimkilər onların postlarının lap yaxınlığında dayanıb, silahlı əsgərin burnunun ucunda işləyir. Amma heç nə baş vermir".Milli.Az
“Mənim nənəmi azərbaycanlı ölümdən xilas edib...” - NAXÇIVANLA SƏRHƏDDƏ YAŞAYAN ERMƏNİLƏR
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
CHP sədri Özgür Özəl AŞPA-da Azərbaycana dəstəyini ifadə etdi
17 Aprel 2024
23:25
Tanınmış müğənninin toyudur -
17 Aprel 2024
22:52
Ali Məclisdə QDİƏT Parlament Assambleyasının baş katibi ilə görüş baş tutub
17 Aprel 2024
22:28
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü -
17 Aprel 2024
22:02
Buraxılış imtahanlarına asan suallar salınıb? -
17 Aprel 2024
21:52
Anar Nağılbazın övladları efirə çıxdı -
17 Aprel 2024
21:41
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli oldu
17 Aprel 2024
21:04
Polis maşınına daş atan şəxs həbs edildi
17 Aprel 2024
20:58
Həsəninin sosial media hesabı oğurlandı -
17 Aprel 2024
20:05
58 yaşlı Romario yaşıl meydanlara qayıdır
17 Aprel 2024
19:42