"Qarabağ"ın oyunu ləğv olundu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ"ın bu gün Rumıniyanın "Botoşani" klubu ilə nəzərdə tutulan oyunu ləğv olunub.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna Antalyada bir neçə gündür davam edən güclü yağış səbəb olub.

Qeyd edək ki, “Qarabağ” yanvarın 16-da Özbəkistanın “Paxtakor”, 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qüvvəsini sınayacaq.

Günün ulduz falı - 13 YANVAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR