Zakir Qaralovun 63 yaşı tamam oldu

Zakir Qaralovun 63 yaşı tamam oldu
10:33 13 Yanvar 2019
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanın baş prokuroru Zakir Qaralovun doğum günüdür.

Publika.az xəbər verir ki, Zakir Qaralov 1956-cı il yanvarın 13-də Gürcüstan SSR-nin Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. O, 1979-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhərı Səbail rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Bakı şəhəri Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib.

25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokurorudur.

Zakir Qaralov I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. 26 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə, 29 sentyabr 2006-cı ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə,13 yanvar 2016-cı ildə isə "Şöhrət" ordeni ilə təltif olunub.

Ailəlidir, iki övladı var.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/266026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR