Fransada etiraz aksiyalarında 84 min nəfər iştirak edib

Fransada “sarı jiletlilər” aksiyası davam edir.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün keçirilən aksiyalarda 84 min nəfər iştirak edib. Bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, etirazlar ölkənin 73 şəhərini əhatə edib. Nümayişçilərdən 240 nəfəri polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, bəzi şəhərlərdə aksiyaçılarla polis arasında qarşıdurma olub.

Cəbhədən xəbər var - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR