"Almeydanın gedişinə heyfslənirəm" - Qriqorçuk

Qazaxıstan "Astana"sının baş məşqçisi Roman Qriqorçuk Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın "Qarabağ"a dönüşünə münasibət bildirib.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis deyib ki, 30 yaşlı braziliyalı yarımmüdafiəçinin paytaxt klubunu tərk etməsinə heyfslənir:

"Almeyda ilə daha çox işləyə bilmədiyim üçün təəssüflənirəm. O, hörmətlə yanaşdığım çox yaxşı futbolçudur. Bundan sonra birgə çalışmayacağımıza görə heyfsilənirəm. Ancaq onun seçiminə hörmətlə yanaşıram və uğurlar arzulayıram".

Qeyd edək ki, Riçard Almeyda ötən mövsümün sonunda tərk etdiyi “Qarabağ”a 1 illik icarə əsasında qayıdıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR