Diniyev "Sabah"a keçdi

"Sabah" futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Metbuat.az-ın məlumatına görə, yarımmüdafiəçi Coşqun Diniyev bundan sonra komandanın uğurları üçün çalışacaq.

23 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. Yeni transfer “Sabah”da 91 nömrəli forma geyinəcək.

C.Diniyev karyerası ərzində "İnter" (2013-2015) və "Qarabağ" (2015-2019) klublarında çıxış edib. Həmçinin Azərbaycan millisində 8 oyun keçirib.

Şok! UFO sirri AÇILDI - Alimlər illər sonra ETİRAF ETDİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR