Murad Arif : "İcazə almaq, izin istəmək elementar mədəniyyətdir" - AÇIQLAMA

“Mashup" ,yəni bir neçə mahnını bir-birinə bağlayıb gözəl ritm əldə etmək.

Son zamanlar müğənnilər, DJ-lər, hətta müğənni olmayan insanlar da “mashup”dan istifadə edirlər.

Əlbəttə bu vəziyyətdən narazı olan tanınmışlar da var.

Metbuat.az xəbər verir ki, bəstəkar, müğənni Murad Arif bu məsələyə etirazını “Facebook” hesabından yazdığı sözlərlə bildirib:

“Hörmətli sənət dostlarım,son zamanlar dəbə gəlmiş “mashup” (megamix və ya popuri) ənənələrinizə mənim repertuarımı daxil etməyi ağlınızdan keçirməyin. İnanıram ki, anlayışla qarşılayacaqsınız! Sonra video niyə “Youtube”da blok edildi soruşmayasınız.”

Yazdığı statusla bağlı məsələni Metbuat.az-a şərh edən Murad Arif bildirib ki, bunu edənlər icazə belə istəmirlər:

“Mən özüm də əcnəbi mahnılardan oxumuşam, oxuduğum mahnıların hamısının icazəsini almişam. Əgər icazəsi olmasa, onların heç birini “İtunes” yayımlamazdı. İstəyərdim bunu qeyd edəsiniz - icazə almaq, izin istəmək elementar mədəniyyətdir.

Bunu mətbuata çıxarmayan müğənnilər, çox sevilən ifaçılar, hətta xalq artistləri ilə belə öz aramızda söhbət edərkən bu məsələyə etirazımızı bildiririk. Mahnıları korlayırlar, belə narazıçılıqdan özümü sığortalamaq üçün bunu yazmışam.”

- Bəs mahnılarınızdan bu cür istifadə etmək üçün müraciət edən olub?

- İstifadə edən olub, artıq istifadə etdiyi üçün də heç nə deyə bilmədim. Bir nəfər də ifa etmək üçün icazə aldı, ancaq icazə vermədim.

Mən müəllif kimi fikrimi bildirirəm, müğənni kimi yox. Bəlkə də müğənni istəyər ki, mahnısını başqası oxusun və mahnı bir az da tanınsın, maraq yaransın, amma müəlliflər qısqanc olur.

Necə ola bilər ki, illərin müğənnisi, xalq artisti Brilliant Dadaşova Nura Surinin repertuarına müraciət etmək üçün zəng edib icazə alır, amma yeni gələnlərin mədəniyyəti, etikası buna çatmır ki, icazə alsınlar.

İcazə almaq lazımdır, bu, mədəniyyətdir. İcazəni də müğənnidən yox, müəllifdən almaq lazımdır.

Sevinc Kərimova/METBUAT.AZ

Nura Suri xəstəxanalıq oldu - VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR