Separatçılar avtobusu vurdular: 11 ölü, 13 yaralı - FOTO

Separatçılar avtobusu vurdular: 11 ölü, 13 yaralı - FOTO
10:37 14 Yanvar 2015
90 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın cənub-şərqində daha bir faciə baş verib.
 
Milli.Az UNİAN-a istinadən bildirir ki, Volnovaxa şəhərinin yaxınlığında, Donetsk-Mariupol trasında sərnişin avtobusu atəşə tutulub.
Donetsk vilayət administrasiyasından verilən məlumata görə, nəticədə 11 nəfər həlak olub, 13 nəfər yaralanıb.
 
Ukrayna Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, avtobus separatçıların nəzarətindəki Dokuçaevsk rayonundakı mövqelərdən top atəşinə tutulub.
 
Volnovaxa şəhərinin yaxınlığında separatçıların böyük qüvvələri var.
 
Milli.Az
 








Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR