Miqrasiya Xidmətinin Çağrı Mərkəzi 24 saatlıq iş rejiminə keçdi – Bu gündən

Bu gündən etibarən Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi 24 saatlıq fasiləsiz iş rejiminə keçir.

Metbuat.az-ın məlumatına görə, bu barədə bir neçə gün öncə 2018-ci ilin yekun hesabatı ilə bağlı keçirilən mətbuat konfransında xidmət rəisi Vüsal Hüseynov da məlumat verib. DMX rəisi bildirib ki, 24 saatlıq iş rejimi bir müddət test rejimində çalışıb.

Qeyd edək ki, 2018-ci ilin hesabat dövründə Çağrı Mərkəzinə daxil olmuş zənglərin sayı 103.741 olub. 2017-ci ilin müvafiq dövründə 107.172 olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR