Metroda qatarda problem yarandı, sərnişinlər stansiyada boşaldıldı

Bakı metrosunda qatarda problem yaranıb.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropolteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hadisə bu gün saat 13:50 radələrində "Bakı Metropolteni"nin “Sahil” stansiyasında baş verib.

Belə ki, "Həzi Aslanov"-"İçərişəhər" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranlb. Nəticədə sərnişinlər stansiyada boşaldılıb və qatar Depoya göndərilib. Həmin qatarın yerinə yeni qatar verilib və problem aradan qaldırılıb".

B.Məmmədov bildirib ki, qatarların intervalında problem yaranmayıb.

Şok! UFO sirri AÇILDI - Alimlər illər sonra ETİRAF ETDİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR