UEFA-nın ayırdığı 622 min avro "Qarabağ"ın hesabına köçürüldü

Qələbə müqabilində ayrılmış vəsait "Qarabağ"ın hesabına köçürülüb.

Metbuat.az-ın AFFA-ya istinadən verdiyi məlumata əsasən, UEFA-nın 20.12.2018-ci il tarixli məktubuna əsasən, UEFA Avropa Liqasının 2018-19-cu il mövsümünün qrup mərhələsində 1 qələbə qazandığına görə UEFA tərəfindən “Qarabağ” futbol klubuna 570 min avro pul vəsaiti ayrılıb. Əlavə olaraq, “Qarabağ”ın qələbələrinin sayına əsasən əlavə bonuslar 52 min avro həcmində hesablanıb.

Beləliklə, UEFA-dan ayrılmış ümümilikdə 622 min avro pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.

Şok! UFO sirri AÇILDI - Alimlər illər sonra ETİRAF ETDİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR