Evlənməzdən əvvəl bu müayinədən MÜTLƏQ keçin: İnstitut direktoru

“Cütlüklərdən hər ikisi talassemiya daşıyıcısı olarsa, doğulan uşaqların talassemiya olmaq riski böyükdür”.

Bu sözləri Metbuat.az-a açıqlamasında ET Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. O, bildirib ki, talassemiya irsi qan xəstəliyidir. Xəstəliyin səbəbi orqanizmdə anormal hemoqlobin formasının hasil edilməsidir. Hemoqlobin qırmızı qan hüceyrələrin tərkibində oksigen daşıyan zülaldır. Bu xəstəlikdə qırmızı qan hüceyrələri külli miqdarda parçalanır və buda qanazlığına gətirib çıxarır.

Ölkəmizdə artıq 3 ilə yaxındır ki, icbari nikahqabağı müayinələr aparılır. Bu müayinələrdə ilk növbədə talassemiyanın növləri, daşıyıcılıq və infeksiyalar (QİÇS, Sifilis) yoxlanılır.

“Dövlət proqramının aparılmasının əsas məqsədi də talassemiyalı uşaqların sayını azaltmaq və sıfıra endirməkdir. Proqram çərçivəsində 498 min 548 cütlük icbari nikahqabağı müayinədən keçib. Onlar arasında 18 min 235 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Qeyd etmək istəyirəm ki, daşıyıcı praktik sağlam insandır. Onlar analiz verdikləri zaman daşıyıcı olduqlarını öyrənirlər. Əgər cütlüklərdən biri talassemiya daşıyıcıdırsa, uşaqlarının talassemiya olma ehtimalı yoxdur. Ancaq cütlükdən hər ikisi daşıyıcı olarsa, risk böyükdür.. İndiyə qədər nikahqabağı müayinələrdə hər ikisi talassemiya daşıyıcısı olan 189 cütlük aşkarlamışıq. Onlardan 10-a yaxını evlənməkdən imtina edib. Evlənən cütlüklər isə hamiləlik zamanı mütləq həkim nəzarətində olmalıdır. Dövlət proqramı çərçivəsində nəzərdə tutulub ki, talassemiya xəstəsi cütlük hamiləliyinin 12 və 18-ci həftəsində bizim instituta müarciət edir. Bu insanlarda təkrar genetik müayinə aparılır. Daha detallı müayinə üçün qadından dölyanı maye götürülərək prenatal dioqnostika aparılır. Müayinədən sonra dölün sağlam, daşıyıcı yaxud xəstə olduğu aşkarlanır. Nəticəsi cütlüklərə təqdim olunur və seçim onların ixtiyarına buraxılır. Ancaq xəstə uşaqların doğulmaması üçün həmin qadınlar könüllü olaraq tibbi abort üsulu ilə hamiləliklərini sonlandırırlar.”-deyə Z.Əlimirzəyeva bildirib.

Talassemiya Asiya, Yaxın Şərq ölkələrində, Afrikada və Aralıq dənizin sahilində yerləşən ölkələrdə (Yunanistan, Türkiyə) daha çox yayılıb. Azərbaycandada talassemiya (əsasən betta talassemiya) yayılıb. Beta-talassemiyanın böyük və aralıq formalarına rast gəlinir.

Zöhrə Əlimirzəyeva vurğulayıb ki, artıq 5 ilə yaxındır ki, talassemiyanın radikal müalicəsi olan ilik transplantasiyası aparılır. İlik köçürülmüş uşaqlar tam sağalır. Bu əməliyyat çox bahalı olduğu üçün xəstəliyin özünü yox, profilaktikasını aparmaq məsləhətdir.

İnstitut direktoru əlavə edib ki, talassemiya ilə mübarizəyə dair Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində talassemiyalı xəstələrin müalicəsinin müasir səviyyədə aparılmasına nail olunub. Xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına olan ehtiyacı dövlət hesabına tam təmin olunub.

Gənclər yaxşı olar ki, ailə planlaşdıranda bütün bunları nəzərə alsınlar, nikaha daxil olmamış yoxlamalardan keçsinlər.

Aysel Yaqubqızı / Metbuat.az

Gürcüstanda insanların ölüm səbəbi sırf "donuz qripi" deyil : Mahir Rəhimov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR