Qanunsuz ovçuluqla məşğul olan qrup üzvləri saxlanılıb - FOTO

Qanunsuz ovçuluqla məşğul olan qrup üzvləri saxlanılıb - FOTO
21:52 14 Yanvar 2019
56 Ölkə
Ölkə mətbuatı
A- A+

öygöl rayonunda qanunsuz ovçuluqla məşğul olan şəxslər saxlanılıb.DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, yanvarın 14-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Göygöl rayon sakinləri Nazir Bağırov, Xanlar Bağırov, Şükür Bağırov, Bayram Bağırov və Namiq Bağırov  olduqları müəyyən edilib. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd "TOZ" və 3 ədəd "İJ", markalı ov tüfəngləri və  ümumi sayı 84 ədəd patron, habelə ovladıqları 2 ədəd dovşan götürülüb.Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar aparılır.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/721263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR