Dəb halını alan "Mashup"la bağlı müğənnilərin fikirləri - Açıqlamalar

“Mashup”la bağlı Murad Arifin açıqlamasından sonra digər müğənnilər də öz fikirini bildirib.

Bu haqda Metbuat.az-a şərh edən müğənnilərin söylədikləri fərqli olub.

"Youtube"da trend olan "Mashup" tərzi ilə bağlı Kərim Abbasov metbuat.az-a veridiyi acıqlamada "mənim üçün mahnılarımdan istifadə olunmasının heç bir problemi yoxdur" deyib və əlavə edib :

"Murad Arifin “mahnılarımı qadağa edirəm” deməyə haqqı var ona gorə ki, Murad bəstəkardır və onun bütün mahnıları hitdir.

Mənim üçün mahnılarımdan istifadə olunmasının heç bir problemi yoxdur, kim götürmək istəyirsə götürsün. Mən də öz mahnılarımdan “Mashup” hazırlayacam. Digər sənətçi dostlarımın da repertuarına müraciət edəcəm. Əlbəttə, icazə alaraq istifadə edəcəm çünki hər kəsin borcudur ki, hörmət edib icazə alsın. Mən özümə ayıb bilmirəm bunu. Düşünürəm ki, zəng edib hər hansı sənətçi dostuma desəm ki, “sənin mahnından bir hissəni oxumaq istəyirəm” o mənə “yox” deməz

Gənclərin “Mashup”a müraciət edib hit olan mahnılar yaratması onların uğurudur. Yenilikləri görürəm, bu sevindirici haldir və dəstəkləyirəm."

Ədalət Şükürov isə açıqlaması zamanı fərqli fikir söyləyib. "Məndən xəbərsiz heç kəs mahnımdan istifadə etməsin" deyən müğənni fikrinə bu sözləri də əlavə edib:


"Birinci növbədə icazə almaq lazımdır, amma mən hər müğənniyə də mahnımdan istifadə etməsi üçün icazə vermərəm. Bundan incimək yerinə normal qəbul etmək lazımdır.

Bir çox müğənni mahnılarından istifadə edib “Mashup” düzəldilməsi üçün can atır. Onların mahnılarından istifadə etsinlər

Məndən xəbərsiz heç kəs mahnımdan istifadə etməsin. İstifadə edən olsa da ilk öncə dinləyib fikir bildirməliyəm. Xoşuma gələrsə oxumaqlarında problem yoxdur."

Yaşar Cəlilov verdiyi açıqlamada qeyd edib ki, "mahnılarımın digər ifaçılar tərəfindən səsləndirilməsinə icazə vermirəm"


"Mahnılarımın digər ifaçılar tərəfindən səsləndirilməsinə icazə vermirəm və belə bir şey olmayıb indiyə qədər. Mahnını mən almışamsa, pul xərcləmişəmsə niyə başqa müğənni oxumalıdır?

Qaldı ki, həmin o “Mashup” tərzində təqdim olunması, bu başqa bir müğənninin sənin mahnını mənimsəməsi demək deyil, sadəcə sevilən mahnılar siyahısına daxil edilməsi deməkdir və normal qəbul edirəm.Təbii ki belə bir hal baş versə və mənə müraciət olunsa qarşılıqlı razılaşaraq mahnımdan istifadə olunmasına icazə verərəm."

Qeyd edək ki ötən gün Murad Arif öz “Facebook” hesabından “Hörmətli sənət dostlarım,son zamanlar dəbə gəlmiş “mashup” (megamix və ya popuri) ənənələrinizə mənim repertuarımı daxil etməyi ağlınızdan keçirməyin. İnanıram ki, anlayışla qarşılayacaqsınız! Sonra video niyə “Youtube”da blok edildi soruşmayasınız.” sözlərini yazaraq digər müğənnilərə müraciət edib.

Sevinc Kərimova/METBUAT.AZ

Murad Arif : "İcazə almaq, izin istəmək elementar mədəniyyətdir" - AÇIQLAMA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR