Məhəmməd peyğəmbərin karikaturalarını Türkiyədə də yayacaqlar

Məhəmməd peyğəmbərin karikaturalarını Türkiyədə də yayacaqlar
10:42 14 Yanvar 2015
134 Dünya
Ölkə mətbuatı
A- A+

“Charlie Hebdo” həftəliyinin bu nəşrə edilən terror hücumundan sonra ilk dəfə işıq üzü görəcək ilk nömrəsi Türkiyədə türk dilində dərc olunacaq. Bu nömrə yanvarın 14-də çap olunacaq.

Bu barədə çərşənbə günü Trend “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, radikal islamçı dairələrlə əlbir olduqları ehtimal edilən terrorçular yanvarın 7-də Parisdəkli həftəlik “Charlie Hebdo” satirik jurnalına hücum edərək 12 nəfəri güllələyiblər. Yanvarın 9-da isə yəhudilərə məxsus mağazada 20 nəfəri girov götürərək onlardan 4-nü öldürüblər. Terror aktları ilə bağlı Fransada 16 nəfər saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR