​Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatların mühüm bir istiqaməti də sosial sığorta daxilolmaları sahəsində inzibatçılığın təkmilləşdirilməsinə, sosial sığorta haqlarının toplanması istiqamətində fəaliyyətin səmərəli və şəffaf təşkilinə yönəlib.

Metbuat.az xəbər verir ki, görülən tədbirlərin nəticəsi kimi, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2017-ci illə müqayisədə 279,3 mln. manat və ya 8,3% artaraq 3678,3 mln. manata, o cümlədən sosial sığorta daxilolmaları 246,5 mln. manat və ya 11,8% artaraq 2332,2 mln. manata çatıb.

Qeyri-büdcə sektorundan sosial sığorta haqlarının toplanmasında da müsbət nəticə əldə edilib. Belə ki, qeyri-büdcə sektoru üzrə daxilolmalarda 152,4 mln. manat və ya 11,4% artım qeydə alınıb və bu istiqamət üzrə proqnozun icrası 106,1 % (86 mln. manat və ya 6,1% çox) yerinə yetirilib.

Fərdi uçot sistemində şəxsi hesabların sayı isə 170 min artaraq 3 736 551-ə çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR