Bakıda 12 otaqlı ev yanıb - FHN

Bakıda 12 otaqlı ev yanıb.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 600 m² olan dördmərtəbəli 12 otaqlı evin 1-ci mərtəbəsində yerləşən hamam otağının taxtadan ibarət üzlüyü 3 m² sahədə yanıb, yüksək temperaturdan sanitar qovşağının lambirindən ibarət tavanı 3 m² sahədə və evin giriş hissəsində 2 ədəd məişət avadanlığı əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İki ermənini məğlub edən 10 yaşlı AZƏRBAYCANLI qız - MÜSAHİBƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR