Regionlarda xanımlar üçün sosial sahibkarlıq proqramı davam edir / FOTOLAR

Təhsil sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı və ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Sosial Sahibkarlıq Laboratoriyası” proqramı çərçivəsində təlimlər davam edir.

Bərdə, Mingəşevir, Аğdam və Yevlaxdan olan qadınlara 2 ay müddətində sosial sahibkarlıq, biznes planın və marketinq planın hazırlanması, komanda işinin təşkili, maliyyə hesabatlılığı, ünsiyyət bacarıqları və s. modullar üzrə təlim sessiyaları təşkil olunur. Təlimi uğurla başa çatdıran xanımlar 2-ci mərhələdə öz fəaliyyətlərinə mentorlarla davam etdirəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR