Qaz istifadəçilərinin NƏZƏRİNƏ! - Sayğacın köhnə kartında olan məbləğ yeni karta BELƏ KÖÇÜRÜLÜR

Qaz abonentlərinin tez-tez verdiyi suallardan biri də Smart sayğaclarının dəyişdirilməsiylə bağlıdır.

Dəyişdirilmiş Smart sayğacın köhnə kartında olan məbləğ yeni karta necə köçürülür?

Metbuat.az bildirir ki, sulla bağlı “Azəriqaz” İstehsalat Birliyindən verilən cavaba görə, abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş məsələylə bağlı müraciət edə bilərlər.

Bunun üçün “Asan Kommunal” mərkəzlərinə şəxsiyyət vəsiqəsinin əsli, quraşdırılma aktı (forma 1,2), çıxarılan və yeni quraşdırılan smart kartları təqdim etməklə köhnə kartında olan məbləği yeni karta əlavə heç bir rüsum ödəmədən köçürdə bilərlər.

Qeyd edək ki, köhnə sayğacda olan qalıq vəsaiti, sayğacın üzərində müvafiq düyməsini basmaqla, “credit back” proseduruna uyğun olaraq köhnə karta köçürülməsi vacibdir, əks halda qalıq vəsait köhnə kartda aşkarlanmasa yeni karta heç bir vəsait köçürmək mümkün olmayacaq.

Xəyalə Məmmədova / METBUAT.AZ

"18 yaşımda iki dəfə məhkəməylə hədələnmişəm"- Sənan Şəfizadəylə MÜSAHİBƏ / FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR